Çempionlar Liqası: “Qarabağ” - “Viktoriya Plzen” oyununda hesab açılmadı 

Çempionlar Liqası: “Qarabağ” - “Viktoriya Plzen” oyununda hesab açılmadı 

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.  Pey-offda ilk oyununa çıxan Azərbaycanın “Qarabağ” komandası Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda Çexiyanın “Viktoriya Plzen” klubunu qəbul edib. Maraqlı və gərgin mübarizə şəraitində keçən oyunda qapılara top vurulmayıb. Beləliklə, oyun heç-heçə başa çatıb - 0:0.  Bu qarşılaşmada Bakıda beş ildən sonra yenidən UEFA Çempionlar Liqasının rəsmi himni səsləndirilib.
Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq.
Bu turu keçən komanda mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlubiyyətə uğrayan klub isə UEFA Avropa Liqasının qrup oyunlarına qatılacaq.