Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva, FIG Texniki Komitəsinin prezidenti Noha Abuşabana ilə birgə videokonfrans formatında idmançılar üçün onlayn vebinar keçirib. Vebinara dünyanın hər bir yerindən 30-u Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının üzvü olmaqla, 600-dən çox gimnast qoşulub.
Vebinarda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək dünya çempionatının və digər yarışların təşkili, FIG tərəfindən tanınan alətlər, gimnastika geyimləri və aksesuarlar, gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması, antidopinq, STS təhsil sistemi kimi müxtəlif mövzularda müzakirələr aparılıb.
Gimnastlar üçün onlayn vebinar