Çempionlar Liqası: İlk gün gözlənilməz nəticələrlə yadda qaldı

Çempionlar Liqası: İlk gün gözlənilməz nəticələrlə yadda qaldı

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turununun oyunları  keçirilib. İlk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 oyun təşkil olunub. E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqrebin "Dinamo" komandası Xorvatiyada "Çelsi" klubu ilə qarşılaşıb. Meydan sahibləri rəqibi minimal hesabla məğlub etməklə turun ilk sensasiyasına imza atıb. Matçda yeganə qolu 13-cü dəqiqədə Mislav Orşiç vurub. Qrupun digər oyunu isə G qrupunda keçirilib. Dortmund "Borussiya"sı Danimarka "Kopenhagen"inə 3 cavabsız qolla qalib gəlib. Görüşdə qolları Marko Roys (35), Rafael Gerreyro (42), Cud Bellingem (83) vurublar. Gecənin əsas matçı Fransada PSJ və "Yuventus" komandaları arasında olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Turnirin F qrupunda "Leyptsiq" Almaniyada "Şaxtyor" (Donetsk) komandasına 1:4 hesabı ilə məğlub olub. Qrupun digər matçında turnirin son qalibi "Real Madrid" Şotlandiyada "Seltik" üzərində böyük hesablı qələbə qazanıb -0:3. G qrupunda isə İngiltərənin "Mançester Siti" klubu İspaniyada "Sevilya"nı darmadağın edib.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

E qrupu

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə) - 1:0

Qol: Mislav Orşiç, 13

"Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya) - 1:1

Qollar: Noa Okafor (28) - Aleksis Salemakers (40);

F qrupu

"Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:4

Qollar: Məhəmməd Simakan (57) - Maryan Şved (16, 58), Mixail Mudrik (76), Lassina Traore (85);

"Seltik" (Şotlandiya) - "Real Madrid" (İspaniya) - 0:3

Qollar: Vinisius Junior (56), Luka Modriç (60), Eden Azar (77);

G qrupu

"Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka) - 3:0

Qollar: Marko Roys (35), Rafael Gerreyro (42), Cud Bellingem (83);

"Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:4

Qollar: Erlinq Haaland (20, 67), Fil Foden (58), Ruben Diaş (90+2);

H qrupu

“PSJ” (Fransa) - "Yuventus" (İtaliya) - 2:1

Qollar: Kilian Mbappe (6, 22) - Ueston Makkenni (53);

"Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail) - 2:0

Qollar: Rafa Silva (50), Alexandro Qrimaldo (54).