ABŞ-ıq xüsusi xidmət orqanları onları niyə izləyirdilər?

ABŞ-ıq xüsusi xidmət orqanları onları niyə izləyirdilər?

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) soyuq müharibə illərində ölkənin Vyetnama hərbi təcavüzünü pisləyən bir çox siyasət adamlarını və eləcə də ictimai xadimləri baxışlarına görə izləyirdi. Qəribədir ki, bu insanların içində məşhur idmançılar -Martin Lüter Kinq və Məhəmməd Əli də var idi.
ABŞ mətbuatının yazdığına görə, bu məsələ ilə bağlı gizli sənədlərdən aydın olur ki, MTA izlənən şəxslərin həyatına daim müdaxilə edirmiş. Verilən məlumatlara görə, agentlik qara dərili insanların müdafiəçisi, məşhur güləşçi Martin Lüter Kinq və tanınmış boksçu Məhəmməd Əlini daim izləyir və onların nə etdikləri, hansı işlə məşğul olduqları ilə maraqlanırmış. İzlənənlər arasında New York Times və Vaşinqton Post qəzetinin bir sıra jurnalisti, eləcə də iki dövlət senatorunun da adları çəkilir.