“Qarabağ”ın avrokubokların qrup mərhələsindəki 9-cu sınağı 

“Qarabağ”ın avrokubokların qrup mərhələsindəki 9-cu sınağı 

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun oyunlarına start veriləcək. G qrupunda mübarizə aparan Azərbaycanın “Qarabağ” komandası  da qitənin ikinci ən nüfuzlu klub turnirində oyuna çıxacaq. Ağdam təmsilçisi səfərdə Almaniyanın “Frayburq” komandasının qonağı olacaq. “Europa-Park” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşü belçikalı baş hakim Erik Lambrexts idarə edəcək. Ona Jo de Veirdt və Matias Hillert kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vim Smet yerinə yetirəcək.
VAR hakimləri fransalı Benua Miyo və Villi Delajo olacaqlar.
Qarşılaşmanın hakim-inspektoru ispaniyalı David Fernandes Borbalan, UEFA nümayəndəsi isə ingiltərəli Conatan Lizedir.
Beləliklə, Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayacaq.
Bu qrupunun digər qarşılaşması Fransada yerli "Nant" və Yunanıstanın "Olimpiakos" klubları arasında oynanılacaq.