"Shusha Chess 2022" turnirinə həsr olunmuş tanıtım videosu hazırlanıb

"Shusha Chess 2022" turnirinə həsr olunmuş tanıtım videosu hazırlanıb

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq "Shusha Chess 2022" beynəlxalq şahmat turnirinə həsr olunmuş tanıtım videosu hazırlanıb. Tanıtım videoçarxında Şuşanın tarixi yerləri və Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın obrazı canlandırılıb. Video yarışın açılış mərasimində nümayiş etdiriləcək.
“Shusha Chess 2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru ABB, tərəfdaşlarından biri isə “Azərxalça” ASC-dir.
Qeyd edək ki, “Shusha Chess 2022” beynəlxalq şahmat turniri sentyabrın 21-24-də keçiriləcək.