Boulinq üzrə Azərbaycan çempionatının birinci turu başa çatıb

Boulinq üzrə Azərbaycan çempionatının birinci turu başa çatıb

Bakı Əyləncə Mərkəzində 2013-2014-cü illər mövsümünün boulinq üzrə Azərbaycan çempionatının birinci turu keçirilib.
Gərgin mübarizə şəraitində keçən yarışların "A” liqasında Ramil Həmidov birinci turun qalibi olub. İkinci yerə Elxan Feyzullayev, üçüncü yerə isə Vüsal Cəfərov layiq görülüb. "B” liqasında keçirilən yarışlarda isə Rəşad Məmmədov qalib adını qazanıb.