Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında altıncı yeri tutub. 21 yaşlı idmançı finalda halqa ilə hərəkətlərdə hakimlərdən 31.150 xal alıb. O, topla hərəkətlərdə 17-ci, iki hərəkətin cəmində isə 10-cu olub. Yarışın ilk günündə mübarizəyə qoşulmuş digər bədii gimnast Alina Gözləova isə halqa hərəkətlərdə 39-cu, topla hərəkətlərdə 51-ci yeri tutub.
Bədii gimnastımız dünya çempionatında altıncı yeri tutdu