Oktyabrın 5-6-dək Çexiyanın Brno şəhərində bədii gimnastika üzrə Qran-pri turniri keçiriləcək. Yarışda ölkəmizi iki gimnast təmsil edəcək. Məşqçi Anastasiya Prasolovanın rəhbərliyi altında komandamız Lalə Yusifova və Marina Durunda ilə birincilik uğrunda mübarizə aparacaqlar.
Məlumat üçün qeyd edək ki, hakimlər korpusunda ölkəmizi Natalya Bulanova təmsil edəcək.