Batutçularımız “Friendship-2022”də fərqləndilər 

Batutçularımız “Friendship-2022”də fərqləndilər 

Çex Respublikasının Yablones nad Nisou şəhərində batut gimnastikası üzrə “Friendship-2022” beynəlxalq turniri keçirilib. 17 ölkədən 262 idmançının iştirak etdiyi yarışda ölkəmizi yığma komandamızın üzvləri Selcan Mahsudova, Maqsud Mahsudov və Hüseyn Abbasov təmsil ediblər. Sinxron cütlüklər proqramında təsnifat mərhələsini birinci pillədə başa vuran idmançılarımız Maqsud Mahsudov və Hüseyn Abbasov həlledici mərhələdə də bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıblar.