Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsində çıxış edəcək. “Aimchess Rapid" adlanan mərhələ oktyabrın 14-dən 21-dək keçiriləcək. Turnirdə seriyanın təşəbbüskarı Maqnus Karlsen və həmyerlimiz Şəhriyar Məmmədyarovdan başqa daha 14 şahmatçı mübarizə aparacaq. Bunlar niderlandlı Aniş Giri, Hindistan şahmatçıları Qukeş, Arcun Eriqaisi, Pentala Harikrişna, Vidit Santoş və Aditya Mittal, macar Riçard Rapport, polşalı şahmatçı Yan-Kşıştof Duda, özbək Nodirbek Abusattarov, Almaniya təmsilçisi Vinsent Keymer, ispan David Quyarro, isveçli Nils Qrandelius, Kanada təmsilçisi Erik Hansen və ABŞ şahmatçısı Daniel Narodskidir.
Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı pley-offa vəsiqə qazanacaq.
Zəka sahibimiz mükafat fondu 150 min dollar olan turnirdə yarışacaq