Portuqaliyanın Funşal şəhərində gimnastika hamı üçün növü üzrə “Qızıl yaş” gimnastika festivalı (“Golden Age” - 50 yaş və yuxarı) keçirilib. On səkkiz ölkədən 1600 nəfərdən çox iştirakçının çıxış etdiyi tədbirdə ölkəmizi “Flame” komandası təmsil edib. Təmsilçilərimizin təqdim etdikləri maraqlı və dinamik kompozisiya, eləcə də geyimləri azarkeşlər və digər ölkə nümayəndələri tərəfindən maraqla qarşılanıb və idmançılarımız qalada iştirak etmək hüququ qazanıblar. Qeyd edək ki, komandamızın nümayiş etdirdiyi kompozisiya baş məşqçi Ruslan Eyvazov və xoreoqraf İldırım Mirməmmədov tərəfindən qurulub.
Festival çərçivəsində, həmçinin təcrübə və sağlamlıq məqsədilə bir sıra ustad dərsləri, su aerobikası üzrə məşğələlər və digər tədbirlər keçirilib.
Qeyd edək ki, Avropa Gimnastikasına aid 2 ildən bir təşkil olunan “Qızıl yaş” gimnastika festivalı 50 və daha yuxarı yaşlı şəxsləri bir araya gətirərək gündəlik həyatda idmanın, xüsusilə də gimnastikanın vacib olduğunu önə çəkir.
Komandamız “Qızıl yaş” gimnastika festivalında iştirak edib