Sarayevoda veteranlar arasında güləş üzrə dünya çempionatı davam edir.Sərbəst güləşçilərin yarışları artıq başa çatıb. Bu yarışlarda Azərbaycan idmançıları iki medal qazanıblar. Mais İbadov (69 kq) finalda rusiyalı rəqibini məğlub edərək birinci yeri tutub. Mobil Yusifov (63 kq) isə gümüş medalla kifayətlənməli olub.