Əbu-Dabidə uğurlu çıxı

Əbu-Dabidə uğurlu çıxı

BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində bədii gimnastika üzrə 5-ci beynəlxalq yarış keçirilib. Almaniya, Rusiya, Qazaxıstan, Hindistan, Litva, BƏƏ və Sinqapurla yanaşı, Azərbaycan da bu yarışda iştirak edib.
Ölkəmizi bu yarışda beynəlxalq dərəcəli məşqçi Sevil Fərəcovanın rəhbərlik etdiyi “Sportsbox” klubu təmsil edib. 2010-2016-cı il təvəllüdlü gimnastlardan ibarət komandamız yarışda dəfələrlə üçrəngli bayrağımızı zirvələrə qaldırıb.
Belə ki, 21 gimnastla təmsil olunan klub vətənə 11 qızıl, 8 gümüş, 7 bürünc medalla qayıdıb.
Gimnastlar arasında çox kiçik yaşlarından vətənimizi çoxsaylı beynəlxalq yarışlarda təmsil edən Mina Abbasova 3 dəfə fəxri kürsüdə yer alıb.
O, topla hərəkətlərdə gümüş, gürzlə hərəkətlərdə bürünc medal qazanaraq çoxnövçülükdə 2010-cu il təvəllüdlü gimnastlar arasında bürünc medala sahib olub.