Gəncə Olimpiya idman kompleksi əsaslı təmirə dayandırılıb

Gəncə Olimpiya idman kompleksi əsaslı təmirə dayandırılıb

Gəncə şəhərində yerləşən Olimpiya idman kompleksi əsaslı təmirə dayandırılıb. 14 idman növü üzrə 25 bölmənin fəaliyyət göstərdiyi və 500-dək idmançının məşğul olduğu bu idman qurğusunda bir sıra problemlər yaranıb. 2002-ci ildən istifadəyə verilən kompleksdə təmir üçün hazırlıq işlərinə başlanılıb. Gənclər və İdman Nazirliyinin vəsaiti ilə aparılacaq əsaslı təmir işləri zamanı kompleksdə bir sıra əlavə tikililərin də inşası nəzərdə tutulub.