Milli Paralimpiya Komitəsi və UNİCEF arasında anlaşma memorandumu imzalanıb

Milli Paralimpiya Komitəsi və UNİCEF arasında anlaşma memorandumu imzalanıb

Oktyabrın 8-də Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında anlaşma memorandumu imzalanıb. Olimpnews.az-ın verdiyi xəbərə tədbirdə AMPK-nın prezidenti İlqar Rəhimov, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, Milli Məclisin deputatı Rauf Əliyev və milli paralimpiya komandasının kapitanı İlham Zəkiyev çıxış edərək memorandumun əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirildi ki, dünyada ilk dəfə olaraq AMPK-nın nəzdində Uşaq Paralimpiya Komitəsinin yaradılması ölkəmizdə idmana, bədən tərbiyəsinə, Paralimpiya Hərəkatına olan dövlət qayğısının nəticəsidir. Tədbirdə qeyd edilib, bu komitə sağlamlıq imkanları məhdud uşaqların idmanla məşğul olmaları ilə yanaşı, onların evlərdən çıxaraq reabilitasiya olunmalarını, cəmiyyətə inteqrasiyasına kömək edəcək. Qeyd edək ki, anlaşma memorandumunu AMPK-nın prezidenti İlqar Rəhimov və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard imzalayıblar.
Sonra milli paralimpiya komandasının kapitanı İlham Zəkiyev xüsusi medalı Mark Herevarda təqdim edib.
Xatırladaq ki, sentyabrın 27-də Azərbaycan Milli Paralimpiya Komitəsi İcraiyyə Komitəsinin qərarı ilə dünyada ilk dəfə olaraq AMPK-nın nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb.

Jalə