"Uşaq atletikası" yarışlarında qaliblər mükafatlandırıldı 

"Uşaq atletikası" yarışlarında qaliblər mükafatlandırıldı 

Avropa Atletika Assosiasiyasının dəstəyi ilə Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) layihəsi çərçivəsində Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə "Uşaq atletikası" yarışlarının final mərhələsinə yekun vurulub. Final mərhələsində  245, 193, 17, 83, 242, 56 saylı məktəblərin komandaları iştirak edib. Yarışda hər məktəbdən dörd oğlan və dörd qız olaraq altı məktəbdən ümumilikdə 48 uşaq iştirak edib. Yarışda birinci yeri 245 saylı məktəbin komandası tutub. 193 və 242 saylı məktəblərin komandaları isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar. 
Qaliblər diplom, medal, kubok və hədiyyələrlə təltif olunublar.