Tamblinq üzrə Bakı birinciliyi başa çatdı

Tamblinq üzrə Bakı birinciliyi başa çatdı

Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş tamblinq üzrə 18-ci Bakı birinciliyi keçirilib. Milli Gimnastika Arenasının yardımçı zalında baş tutan yarışda “Ocaq Sport” klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Bakı Gimnastika Məktəbi, “Neftçi” İdman Klubundan kişilər və qadınlar arasında ümumilikdə 26 idmançı qüvvəsini sınayıb.  İdmançılar uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) yaş kateqoriyalarında mübarizə aparıblar.
Bakı birinciliyində gənclər (2006-2009) və böyüklər (2005 və daha böyüklər) müsabiqədən kənar qüvvələrini sınayıblar. 
Maraqlı və gərgin mübarizənin yekununda qeyd olunan yaş kateqoriyalarında qalib və mükafatçılar müəyyənləşib.