Bədii gimnast Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının üzvü seçilib

Bədii gimnast Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının üzvü seçilib

IV İslam Həmrəyliyi Oyunlarının qalibi, V İslamiadanın üçqat qızıl, gümüş və bürünc mükafatçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı bədii gimnastımız Zöhrə Ağamirova Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının üzvü seçilib. Bu barədə qərar komissiyanın iclasında qəbul edilib. Atletlər Komissiyası idmançılar ilə Beynəlxalq Olimpiya Komitəsi arasında əlaqələndirici rol oynayır və karyeralarını yüksək nailiyyətlərlə başa vurmuş olimpiyaçılara dəstək məqsədilə ictimai layihələrin reallaşdırılması baxımından böyük əhəmiyyətə malikdir.