Formula 1 yarışı üçün marşal qeydiyyatına start verildi

Formula 1 yarışı üçün marşal qeydiyyatına start verildi

Gələn il Bakıda təşkil olunacaq Formula 1 üzrə Azərbaycan Qran Prisi üçün Marşal Qeydiyyatı Proqramına start verilib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, yaşı 21-dən çox olan hər kəs Marşal Proqramına qoşula bilər. Yarışda marşal fəaliyyətini uğurla başa çatdırmış hər bir şəxsə Azərbaycan Avtomobil Federasiyası və Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən beynəlxalq lisenziya təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara yalnız Azərbaycanda deyil, həmçinin, digər Qran prilərə də qatılmaq hüququ verəcək.
Marşal Proqramı haqqında ətraflı məlumatı Bakı Marşal Klubunun rəsmi rəsmi "Facebook" səhifəsindən əldə etmək mümkündür.