AGF-in 3 nümayəndəsi Avropa Gimnastikasında təmsil oluna bilər

AGF-in 3 nümayəndəsi Avropa Gimnastikasında təmsil oluna bilər

Dekabrın 2-3-də Portuqaliyanın Albufeira şəhərində Avropa Gimnastikasının 29-cu konqresi təşkil olunacaq. Konqres çərçivəsində qurumun rəhbərliyi, texniki komitələri və komissiyalarına seçkilər keçiriləcək. AGF tərəfindən Yevgeniya Vilyayevanın bədii gimnastika, Ruslan Eyvazovun gimnastika hamı üçün, İnara İsrafilbəyovanın isə “TeamGym” idman növü üzrə Avropa Gimnastikasının texniki komitələrinin üzvlüyünə namizədlikləri irəli sürülüb.
AGF yarandığı dövrdən Avropa və beynəlxalq gimnastika qurumları ilə sıx əməkdaşlıq edir. Ötən il AGF-in idman direktoru, təmsilçimiz Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinə, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva isə Atletlər Komissiyasına üzv seçiliblər.