Azərbaycan Gimnastika Federasiyasının (AGF) məşqçilərin peşəkar hazırlığı üzrə tədris proqramına dair qaydalarına uyğun olaraq keçirilən aerobika gimnastikası üzrə 1-ci səviyyəyə aid (5-7 yaşlı gimnastlarla çalışan məşqçilər üçün) məşqçilik kurslarının onlayn hissəsi başa çatıb. Noyabrın 18-20-dək Milli Gimnastika Arenasında bolqarıstanlı mütəxəssis Kaloyan Kaloyanovun rəhbərliyi altında kursların nəzəri və təcrübi tədris hissəsi təşkil olunacaq.
Qeyd edək ki, tədris kursları 5 səviyyədən (ilk iki səviyyə başlanğıc, növbəti 3 səviyyə isə əsas kurslar) ibarətdir. Onlayn kursları və imtahanları uğurla başa vuran məşqçilər elektron qaydada dinləyici sertifikatı əldə edirlər.
Aerobika gimnastikası üzrə məşqçilik kurslarına start verildi