Kürdəmir və Şirvan Olimpiya İdman Komplekslərinin bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışında iştirak edirlər. Noyabrın 19-dək davam edəcək məşqlərdə ümumilikdə hər iki komandadan 14 idmançı iştirak edir. Məşqlərin təşkili idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsi, eləcə də dekabrın 8-11-də Şəki şəhərində keçiriləcək Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlar çərçivəsində təşkil ediləcək bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyinə hazırlıq xarakteri daşıyır.
Daha iki bölgənin təmsilçiləri təlim-məşq üçün Bakıya gəlib