“Akkord” liderliyini qoruyur

“Akkord” liderliyini qoruyur
Azərbaycanın sayca XII açıq çempionatında iştirak edən Rusiyanın Azov şəhərini təmsil edən kişilərdən ibarət "Tana” otüstü hokkey komandası oktyabrın 16-da iştirak üçün Bakıya gəllib. Elə həmin gün komanda II dövrənin ilk görüşündə Sumqayıtın "Gənclik” komandası ilə qarşılaşıb. Qonşu ölkə komandası qarışılaşmanın ilk hisssəsində rəqib qapısından 6 cavabsız top keçiriblər. Fasilədən sonra "azovlu”lar daha 6 top vurmağa nail olublar. "Gənclik” isə bu matçda cəmi bir topun əvəzini çıxa biliblər. Sumqayıtlılardan yeganə cavab qolunu rəqib qapısından Şahin Atakişiyev keçirib. Bu görüşdən sonra 9 oyundan 22 xal toplayan "Tana” yarış cədvəlinin II pilləsinə qalxıb. Rəqibindən 2 görüş artıq keçirən "Akkord” klubu liderliyini davam etdirib.
Oktyabrın 17-də komandalar növbəti turun oyunlarında üz-üzə gəliblər. Əvvəlcə meydana ölkə çempionatının gümüş mükafatçısı "Atasport” və "Tana” (Rusiya) hokkeyçilərini qonaq edib. Oyunun ilk dəqiqələrində qonaqlar hesabı açsalar da Kənan Şirinov və Aqil Məmmədovun vurduğu iki topla "Atasport” rəqibə layiqli cavab verib -2:1. Fasilədən sonra hokkeçilərimiz təşəbbüsü əldən veriblər. "Tana”nın ilk qolunun müəllifi Kirill Derevyançenko daha 2 dəfə fərqlənərək, komandasına qələbə qazandırıb - 3:2. "Akkord”- "Şahdağ” matçında ilk hissə birinciləri 4:0 hesablı qələbəsilə sona çatıb. Amma fasilədən sonra "qol yağışı” səngiməyib. Bu cütün qarşılaşması yekunda 10:2 hesabı ilə başa çatıb.
Cümə axşamı günü baş tutan oyunlardan sonra "Akkord” 12 görüşdən 30 xal toplayaraq inamla yarış cədvəlinə başçılıq edir. Rusiyanın Azov şəhərini təmsil edən "HK Tana” hokkeyçiləri 25 xalla II yeri tuturlar. "Atasport” 20 xalla üçüncü sıradadır. "Şahdağ” 9 xalla əvvvəlki kimi 4-cü yerdəki mövqeyini qoruyub. "Gənclik” komandası isə 3 xalla beşinci yeri tutur.
Yüksək dəstədə növbəti oyunlar oktyabrın 18-də keçiriləcək. "Gənclik” və "Atasport”u, "HK Tana” isə ölkə çempionu - "Akkord”la görüşəcək.