Sərbəst güləşçilərimiz Qitələrarası kubok uğrunda yarışacaqlar

Sərbəst güləşçilərimiz Qitələrarası kubok uğrunda yarışacaqlar

Oktyabrın 18-20-də Dağıstanın Xasavyurt şəhərində sayca 5-ci "Qitələrarası kubok” beynəlxalq turniri keçiriləcək.
Yığma komandanın məşqçilər korpusunun rəyinə əsasən, bu turnirdə 7 idmançımız iştirak edəcək. Məşqçilər David Kurtsiya və Semyon Çterevin rəhbərliyi altında Xasavyurtda Mircəlal Həsənzadə, Ruslan Surxayev (hər ikisi 55 kq), Məhəmməd Müslümov (66 kq), Cəbrayıl Həsənov (74 kq), İbrahim Yusubov (84 kq), Hacı Şərifov (96 kq) və Əli Maqomedabirov (120 kq) mübarizə aparacaqlar.