Rio-2016 Yay Olimpiya Oyunlarının atletika yarışlarının qızıl medalçısı amerikalı Cill Roberts dopinq testindən keçə bilməyib. Olimpiya çempionu bu səbəbdən 16 ay müddətinə yarışlardan kənarlaşdırılıb. İdmançının mayın 19-da təqdim etdiyi müsabiqədənkənar sidik nümunəsində qadağan olunmuş maddə aşkarlanıb.
33 yaşlı atlet qadağan olunmuş maddənin onun orqanizminə qida əlavəsi ilə daxil olduğunu sübut edə bilib. Agentlik bunu nəzərə alaraq onu 16 ay müddətinə diskvalifikasiya edib.
Qeyd edək ki, Cilli Roberts 2016-cı ildə ABŞ kişi komandası ilə 4×400 metr məsafəyə qaçış yarışlarında Olimpiya Oyunlarının qızıl medalına sahib çıxıb.