Mini su polosu üzrə turnir başa çatdı

Mini su polosu üzrə turnir başa çatdı

Su İdman Sarayında “BAKU WINTER CUP – 2022” mini su polosu turnirinə yekun vurulub. Yarışlar Bakıdakı Rus Evinin dəstəyi ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Qarabağ” vaterpol klubunun təşkilatçılığı ilə keçirilib.

Yarışlarda 12-15 yaş arası yeniyetmələr iştirak edib.

Turnirin “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı hücumçu” və “Ən yaxşı qapıçı”sına Rus Evi tərəfindən xatirə hədiyyələri təqdim edilib.

Yarışların yekunu üzrə birinci yerə “SKA” komandası, ikinci yerə “145 qrup” kollektivi, üçüncü yerə isə “RYIUM” komandası layiq görülüb.