Berlində bədii gimnastika üzrə Qran-prinin finalı keçirilir.
Azərbaycanlı gimnast Lalə Yusifova gürzlə hərəkətdə bürünc mükafatçı olub. O, hakimlərdən 17,150 bal alıb və yalnız rusiyalı Darya Svatkovski (18,200) və Marqarita Mamuna (17,400) məğlub olub.
Lalə Yusifova top və lentlə hərəkətlərdə 4-cü, halqa ilə hərəkətdə isə 6-cı yeri tutub.