“Böyük dəbilqə” turnirinin 22 qat qalibi Rafael Nadal bu il yeni bir idman növündə dünya çempionatına qoşulmaq niyyətindədir. Belə ki, ispaniyalı tennisçi elektrik katerlərində E1 üzrə dünya çempionatında yarışacaq. Komanda yarışları üzrə keçirilən çempionatında Nadal tennis topu rəngində kateri seçib.
«Qayıqları çox sevirəm. Bu cür yarışda iştirak etmək çoxdankı arzum idi. Hesab edirəm ki, belə bir yarış ekoloji cəhətdən ətraf aləmə zərər vurmur. Çox maraqlı bir mübarizə bizi gözləyir», - deyə Nadal «Tennis 365» saytına bildirib.
Qeyd edək ki, Nadaldan başqa digər bir tanınmış sima bu yarışda qüvvəsini sınayacaq. Belə ki, m Formula 1 yarışlarının meksikalı pilotu Serxio Peres də yarışda iştirak etmək üçün təşkilat komitəsinə müraciət edib.