Oktyabrın 18-20-də Dağıstanın Xasavyurt şəhərində Rusiya güləş üzrə "Qitələrarası kubok” beynəlxalq turniri keçirilib. İki gün davam edən yarışda sərbəst güləş yığmamızın üzvləri 5 medal (1 gümüş, 4 bürünc) qazanıblar.
Turnirin ilk günündə komandamız üç bürünc medal əldə edib. Təmsilçilərimizdən Mircəlal Həsənzadə (55 kq), Məhəmməd Müslümov (60 kq) və Məhəmmədhacı Xatiyev (84 kq) üçüncü yeri tutublar.
Yarışların ikinci günündə mübarizəyə başlayan Cəbrayıl Həsənov (74 kq) finala qədər maneəsiz irəliləyib. Həlledici mərhələdə dağıstanlı Hacı Hacıyevlə görüşdə məğlub olan pəhləvanımız gümüş medala layiq görülüb. Həmin gün döşək üzərinə çıxan digər idmançımız Aslan Dzebişov (120 kq) isə bürünc medalla kifayətlənib.