Olimpiya məşəli “Baykonur”a gətirilib

Olimpiya məşəli “Baykonur”a gətirilib


Soçi-2014 Qış Olimpiya Oyunlarının məşəli "Baykonur” kosmik stansiyasına gətirilib. An-12 yük təyyarəsi ilə stansiyaya gətirilən Olimpiya məşəli "Soyuz TMA11M” adlı kosmik peykdə yerləşdirilib. Məşəlin kosmosa qaldırılması ilə bağlı hazırlıq işləri aparılır. Onun kosmosa aparan xüsusi heyət müəyyənləşib. Heyətə rusiyalı kosmonavt Mixail Tyurin, NASA-nın astronavtı Riçard Mastrakkio və Yaponiya kosmik agentliyinin astronavtı Koiti Vakata daxildirlər. Olimpiya məşəlinin kosmosa qaldırılması noyabrın 9-da həyata keçiriləcək.