Sumoçularımız Estoniyada birinci oldular

Sumoçularımız Estoniyada birinci oldular

 

Sumoçularımız Estoniyanın Vinni şəhərində böyüklər arasında keçirilən Avropa kuboku yarışlarında uğurla iştirak ediblər. Təmsilçilərimiz turnirdə 3 qızıl və 3 gümüş medala sahib çıxıblar. Camal Feyziyev (mütləq çəki və +115 kq) və Röyal Ağamalıyev (85 kq) qızıl, Sadiq Ağamalıyev (115 kq), Cavid Mustafayev (77 kq) və Xəyyam Abdullayev (70 kq) gümüş medala layiq görülüb. Millimiz bu nəticə ilə komanda hesabında birinci yeri tutub.