Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan atletika üzrə Qış Balkan Çempionatı ləğv edilib. Buna ölkənin 10 vilyatində baş vermiş dəhşətli zəlzələ səbəb olub. Yarış fevralın 11-də keçirilməli idi. Qış Balkan Çempionatında Azərbaycan atletlərinin də iştirakı nəzərdə tutulmuşdu.
Daha əvvəl taekvondo üzrə açıq Türkiyə çempionatı ləğv olunub. Bu səbəbdən Azərbaycan millisi yaxın zamanda Bakıya qayıdacaq.