Atletimiz Belqradda gümüş medala sahib çıxdı

Atletimiz Belqradda gümüş medala sahib çıxdı

 

Azərbaycanın qadın atleti Yekaterina Sariyeva Serbiyanın paytaxtı Belqradda keçirilən "World Athletics Indoor Tour" (Silver Level) turnirində gümüş medal qazanıb.Üçtəkanla tullanma növündə qüvvəsini sınayan idmançımız 13.33 metr nəticə göstərib. Y.Sariyeva bu göstərici ilə fəxri kürsünün 2-ci pilləsinə qalxıb.