Paralimpiyaçılarımız Avropa çempionatında 3 cü yeri tutublar

Paralimpiyaçılarımız Avropa çempionatında 3 cü yeri tutublar


İspaniyanın Alekante şəhərində güllə atıcılığı üzrə Avropa çempionatı keçirilir.
Azərbaycan Milli Paralimpiya Komitəsindən olimpnews.az-a daxil olan xəbərə görə, güllə atıcılarımız dünən komanda üzrə 50 metr məsafədə iştirak ediblər. Milli Paralimpiya Komandası komanda hesabı ilə 1538 xalla 3-cü yerə layiq görülüblər.
Qeyd edək ki, birinci yeri 1573 xalla Rusiya Federasiyası, ikinci yeri isə 1563 xalla Serbiya tutub.