«"Real" dünyanın ən yaxşı komandasıdır»

«"Real" dünyanın ən yaxşı komandasıdır»

Madrid "Real"ının futbolçusu Vinisius Junior karyerasını başa vurana qədər Madrid təmsilçisində qalmaq istəyir. Bu o, Çempionlar Liqasının 1/4 finalında "Çelsi"yə 2:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib: “Yeni müqaviləm? "Real"la məni həmişəlik klubda saxlayacaq müqavilə imzalamaq istəyirəm. Çünki "Real" dünyanın ən yaxşı komandasıdır”.

Qeyd edək ki, 22 yaşlı braziliyalı oyunçunun "kral klubu" ilə hazırkı müqaviləsi gələn mövsümün sonuna qədərdir.