Yeniyetmələr arasında stritbol turniri başa çatıb

Yeniyetmələr arasında stritbol turniri başa çatıb


Səbail rayonu ərazisində yerləşən 91 saylı tam orta məktəbin meydançasında 1998-99-cu illər təvəllüdlü qızlar və oğlanlar arasında stritbol üzrə turnir keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan yarışda 16 komanda (8 qız, 8 oğlan) iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışda "Sahil” komandası I yerə layiq görülüb. İkinci, üçüncü yerləri isə, müvafiq olaraq, "Azəri” və "Mirvari” komandaları tutublar. Oğlanların yarışında I yerə "Qarabağ” komandası sahib çıxıb. "Bakı” komandası II, "İnter” komandası isə III yerlə kifayətlənib. Qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunublar.