Çempionlar Liqası: “Milan” 16 il gözlədi

Çempionlar Liqası: “Milan” 16 il gözlədi

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Təşkil olunan iki oyundan sonra yarımfinala vəsiqə qazanan ilk iştirakçılar müəyyənləşdi. Turnirin dörddəbir final mərhələsi çərçivəsində iki cavab matçı keçirilib.

Yarışın son qalibi “Real Madrid” klubu İngiltərədə “Çelsi”nin qonağı olub. Madrid təmsilçisi ilk matçda olduğu kimi bu oyunda da 2:0 hesablı qələbəyə sevinib. “Kral klubu”nun heyətində hər iki qolu Rodriqo vurub. İki oyunun nəticəsinə görə, “Real Madird” yarımfinala yüksəlib.

Gecənin digər matçında İtaliya klubları “Napoli” və “Milan” üz-üzə gəlib. Dieqo Maradona stadionunda keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində Viktor Osimxe, rəqib komandadan isə Olivye Jiru fərqləniblər. Beləliklə, “Milan” klubu öz meydanında 1:0 hesablı qələbə sayəsində 16 il sonra yenidən yarımfinala vəsiqə qazanıb.