"Şəhərlilər"in yeni arzusu

"Şəhərlilər"in yeni arzusu

"Mançeser Siti" klubu şəhər şurasına rəsmi şəkildə müraciət edib. Müraciətdə  bildirilir ki, klubun keçirdiyi "Etihad" stadionunun il boyu əyləncə mərkəzinə çevrilməsi və azarkeş tutumunun artırılması məqsədəuyğun ola bilər.

Bu barədə klubun əməliyyatlar üzrə direktoru Denni Uilson bildirib. "Şəhərlilər" arenanın azarkeş tutumunu 60 min nəfərə çatdırmaq istəyir. Hazırda stadionda 55 min 97 nəfərlik yer var.

Həmçinin "Mançester Siti"nin yeni layihəsinə əsasən, arenanın ətrafında üstü qapalı, 3 min nəfərlik bir yaşayış sahəsi, azarkeşlərin toplana biləcəyi bir meydan, yeni klub mağazası, muzey və 400 çarpayılı otelin tikilməsi planlaşdırılır.

Denni Uilson bunu da qeyd edib ki, bir neçə aydır azarkeşlər üçün ən yaxşısını etmək adına layihənin üzərində işləyirlər.

Artıq Mançester Şəhər Şurasına rəsmi müraciət ünvanlayan klub qarşı tərəfdən qurumdan cavab gözləyir.