Gimnastımız İtaliyada birinci oldu

Gimnastımız İtaliyada birinci oldu

İtaliyanın Desio şəhərində "A1” seriyasında klublararası ənənəvi çempionat keçirilib.
Marina Durundanın çıxış etdiyi "Armonia di Abruttso” klubu (Kyeti şəhəri) daha çox Azərbaycan gimnastının çıxışı sayəsində turun qalibi olub. Belə ki təmsilçimiz topla hərəkətlərə görə hakimlər tərəfindən 17,8 balla qiymətləndirilib. Gimnastımızın nəticəsi komanda yoldaşları arasında ən yaxşı, çempionatda isə ikinci nəticə kimi dəyərləndirilib. Ümumilikdə 98,35 bal toplayan "Armonia di Abruttso” klubunun aktivində hazırda 25 xal var. Təmsilçimizin də çıxış etdiyi klub San-Corcio şəhərindən olan "Gimnastika” klubunu 3 xal qabaqlayır.
Məlumat üçün qeyd edək ki, dünya çempionu Qanna Rizatdinova (Ukrayna) bu klubun heyətində yarışır.
Çempionatın ikinci turu noyabrın 2-də Arettso şəhərində keçiriləcək.