Voleybol Mərkəzində təşkil olunan qadın voleybolçular arasında “Heydər Əliyev kuboku”nun yarımfinal görüşlərinə yekun vurulub. Günün ilk oyununda “Murov” və “Abşeron” komandaları üz-üzə gəliblər. Gprüş "Abşeron" klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Yarımfinalın digər oyununda isə “Azərreyl” və UNEC komandaları münasibətlərinə aydınlıq gətiriblər. Oyun Eldar Yusubovun rəhbərlik etdiyi komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, "Heydər Əliyev kuboku"nun finalında "Abşeron" və "Azərreyl" komandaları qarşılaşacaqlar. Oyun aprelin 28-də saat 16:00-da təşkil olunacaq.