Oktyabrın 26-27-də Çeçenistan Respublikasının (Rusiya) paytaxtı Qroznıda bu respublikanın Prezidenti Ramzan Kadırovun şərəfinə həsr olunmuş Prezident kuboku uğrunda sərbəst güləş üzrə V beynəlxalq turnir keçiriləcək.Yarışda məşqçilər Nazim Əlicanov və Siracəddin Eldarovun rəhbərliyi altında yığma komandanın 11 üzvü 7 çəki dərəcəsində iştirak edəcək. Yarışların proqramına əsasən, əvvəlcə çəkisi 55 kq, 66 kq, 84 kq və 120 kq olan idmançılar mübarizə aparacaqlar. Turnirin ikinci günündə isə 60 kq, 74 kq və 96 kq çəki dərəcələrində yarışan pəhləvanlar döşək üzərinə çıxacaqlar.
Məlumat üçün qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zakir Məmmədov təmsil edəcək.