Formula 1: Daha bir pilot mübarizədən kənar qaldı

Formula 1: Daha bir pilot mübarizədən kənar qaldı

Daha bir pilot Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşündə mübarizəni erkən başa vurub. “Haas” komandasının pilotu Kevin Maqnussen bolidində yanacaq sistemində təzyiqin artması nəticəsində yürüşə davam edə bilməyib.

Daha əvvəl “Alpine”nin pilotu Pyer Qasli də mübarizəni dayandırıb.

Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.

Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir.Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər.