Spartakiadanın qalibləri mükafatlandırıldı

Spartakiadanın qalibləri mükafatlandırıldı

Oktyabrın 23-də Mərdəkan bələdiyyəsinin akt zalında 2013-2014 - cü tədris ili müddətində Xəzər rayon məktəblilərinin XXVI Spartakiadanın açılışı və XXV Spartakiadanın yekunları ilə bağlı tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Xəzər rayon Gənclər və İdman idarəsi rayon məktəbliləri arasında bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ etmək, məktəblilərin fiziki cəhətdən inkişafını və sağlamlıqlarının qorunmasını və onların bədən tərbiyəsi və idmanla fəal məşğul olmalarını təmin etməkdən ibarət olub.
Mərasimdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və rayonun orta məktəblərinin müəllimləri iştirak ediblər.
Tədbir iştirakçılarının çıxışlarından sonra 2012 - 2013-cü tədris ilində keçirilmiş XXV Spartakiadanın qalibləri və fərqlənən idman müəllimləri diplomlar, kubok və mükafatlarla təltif olunublar.
XXV Spartakiadanın yekununa görə 26 saylı orta məktəbin komandası birinci yerə layiq görülüb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq, 181 və 237 saylı orta məktəbin təmsilçiləri tutublar.