“Şəhərlilər” yenidən liderliyi ələ keçirdi

“Şəhərlilər” yenidən liderliyi ələ keçirdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 28-ci turun təxirə salınmış oyunları keçirilib. Çempionatın favoriti sayılan "Mançester Siti” doğma meydanda “Vest Hem”i qəbul edib. Oyun “şəhərlilər”in böyükhesablı qələbəsi ilə başa çatıb -3:0. Pep Qvardiolanın rəhbərlik etdiyi komandanın heyətində Natan Ake (50), Erlinq Haaland (70) və Fil Foden (85) qol müəllifi olub.

“Mançester Siti” bu qələbə ilə yenidən Premyer Liqada liderliyə yüksəlib. Bir oyun az keçirən “şəhərlilər” ən yaxın izləyicisi “Arsenal”ı bir xal qabaqlayır.