Su poloçularımızdan Misirdə uğurlu nəticə

Su poloçularımızdan Misirdə uğurlu nəticə

Misirin paytaxtı Qahirədə su polosu üzrə klublararası beynəlxalq turnir keçirilib. Azərbaycanın su polosu üzrə yeniyetmələrdən ibarət müxtəlif yaş qrupları üzrə komandaları 7 komandanın iştirak etdiyi yarışda uğurlu nəticə əldə edib. Yarışda 2009-2010-cu illər təvəllüdlü idmançılarımız bütün rəqiblərindən üstün olaraq birinci yerə layiq görülüblər. 2008-ci il təvəllüdlü yeniyetmələrdən ibarət komandamız isə yarışın gümüş mükafatını qazanıb.