Konfrans Liqasında finalçılar müəyyənləşdi

Konfrans Liqasında finalçılar müəyyənləşdi

Futbol üzrə UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Keçirilən iki oyundan sonra İngiltərənin “Vest-Hem” və İtaliyanın “Fiorentina” klubu finala yüksəlib. İngiltərə təmsilçisi bu uğura Niderlandın “Alkmar” kollektivini minimal hesabla (0:1) məğlub etməklə nail olub. Qeyd edək ki, komandalar arasında ilk oyun da ingilislərin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. İkinci finalçının adına isə İsveçrədə aydınlıq gəlib.

İkinci finalçı “Fiorentina” klubu isə ilk oyunda məğlub olduğu “Bazel”ə İsveçrədə 3:1 hesabı ilə qalib gəlib. Bu komandaların İtaliyadakı ilk oyunu “Bazel”in minimal hesablı qələbəsi ilə yekunlaşmışdı -1:2. Beləliklə, final oyununda “Vest-Hem” və “Fiorentina” klubları üz-üzə gələcəklər.