Qol güləşçiləri şəhər kubokunda

Qol güləşçiləri şəhər kubokunda

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə "Emir” idman klubunda qol güləşi üzrə Bakı şəhər kuboku yarışları keçirilib. 74 nəfər idmançının mübarizə apardığı turnirdə "Saleh”, "Rauf”, "Qol güləşi”, "Emir” idman klubları və "Məhsul” idman cəmiyyətinin üzvləri güclərini sınayıblar.
Gərgin mübarizə şəraitində keçən yarışda Məhərrəm Məmmədov (55 kq), Bəxtiyar İbrahimli (60 kq), Məhəmməd Cəfərov (65 kq), Hüseyn Əmənli (70 kq), Özal Ələsgərov (75 kq), Ənvər Hüseynov (80), Xəyal Vəliyev (85 kq), Xalid Ağabalayev (90 kq), Azər Əsgərov (100 kq), İsmayıl İsmayılov (110 kq), Rafiq İbrahimov (110 kq+) birinci yerə layiq görülüblər. Qaliblər BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.