«Heç bir şaiyələrə inanmayın»

«Heç bir şaiyələrə inanmayın»

«Mançester Siti»nin baş məşqçisi Xosep Quardiola işlədiyi klubla bağlı gələcək planlarından danışıb. «Növbəti il də buradayam. Heç bir şaiyələrə inanmayın. Baxmayaraq ki, İngiltərə Premyer Liqası məni bu mövsüm 100 dəfə cərimələyib. Narahat olmağa dəyməz», -deyə Quardiola bildirib.​

Qeyd edək ki, ​ ispaniyalı mütəxəssis 2016-cı ildən etibarən «şəhərlilər»in baş məşqçisidir. ​ ​