UEFA Çempionlar Liqası: finalın hakimləri müəyyənləşib

UEFA Çempionlar Liqası: finalın hakimləri müəyyənləşib

İyunun 10-da İstanbulda keçiriləcək UEFA Çempionlar Liqasının final matçının hakimləri müəyyənləşib. «Mançester Siti»- «İnter» matçını polşalı hakimlər briqadası idarə edəcək. Oyunun start fitini Şimon Marçinyak səsləndirəcək. Onun köməkçiləri Pavel Pavel Sokolniçki, Tomaş Listkeviç olacaq. Ehtiyat hakim İştvan Kovaç (Rumıniya) seçilib. VAR da - Tomaş Kvyatkovski (Polşa), AVAR - Bartoş Frankovski (Polşa), Marko Frits (Almaniya) yer alacaq.

Qeyd edək ki, Qətərdə təşkil olunan dünya çempionatında finalı Marçinyak idarə etmişdi.